Elşad Xosenin geri qayıdışı

Elşad Xosenin geri qayıdışı
1471 dəfə oxunub
  • A-
  • A
  • A+
Xeyli müddətdir sənətdən uzaq düşən Elşad Xose yenidən yaradıcılığına start vermək niyyətindədir.

Axşam.az-ın məlumatına görə, lent.az-a açıqlama verən reper bildirib ki, o, səhnə fəaliyyəti ərzində növbəti solo konsertini verəcək:

“Sənətimi sevənləri mayın 27-si “The Public” klubda baş tutacaq solo konsertimə dəvət edirəm. Konsertim barədə onu deyə bilərəm ki, gecədə bir çox sürprizlər gözlənilir”.
 
Daha sonra gecənin təşkilatçısı, “Avalor-group”un rəhbəri Faiq Ali bildirib ki, reperin konsertində şou-biznesin bir çox tanınmış simaları qonaq olacaq:

“Bir müddət fasilədən sonra Elşad Xose mayın 27-si yenidən sevənlərinin qarşısına çıxır. O, təxminən 350-400 nəfərlik konsert salonunda çıxış edəcək. Öncədən digər məlumatları söyləmək istəmirəm. Sadə bir konsert olacağını deyə bilərəm”.
 
Xatırladaq ki, E.Xosenin “The Public” klubunda konserti 19:00-da başlayacaq. Reper təxminən 2 saata yaxın sevilən mahnılarını ifa edəcək. Gecədə iştirak etmək istəyən bəylər 25, xanımlar isə 15 AZN-dən keçməlidir.