Flora: “Səhhətim düzəldi, işə başlayacam”

Flora: “Səhhətim düzəldi, işə başlayacam”
1185 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Flora Kərimova yaradıcılığındakı yeniliklərdən danışıb.

Müğənni Axşam.az-a açıqlamasında yaradıcılıqdan səhhətinə uzaqlaşdığını deyib:

“Hamı təzə mahnılar oxumadığım üçün məni qınayır. Artıq səhhətimdəki problem aradan qalxıb. Uzun müddət  fasilə verməyimin səbəbi həm səhhətim, həm də qızımın xaricdən gəlməsi idi. Bir az da tənbələm. İndi səfərə hazırlaşıram. Geri qayıdan kimi studiyaya girib təzə mahnılar oxuyacam. İyirmiyə yaxın təzə mahnı var. Hər birinin doğuluşunu sevənlərimlə bölüşəcəm”.

Qeyd edək ki, hazırda xarici səfərdə olan F.Kərimova Niderland Krallığında konsert verəcək.