Rza Zərrabı ölkədən qovmaq istəyirlər

Rza Zərrabı ölkədən qovmaq istəyirlər
2600 dəfə oxunub
  • A-
  • A
  • A+
MHP partiyasının sədri Dövlət Baxçalının  türk müğənnisi Ebru Gündeşin həyat yoldaşı, iranlı iş adamı Rza Zərrabı "şarlatan" adlandırdığını, qarşı tərəfin buna görə onu  məhkəməyə verdiyini yazmışdıq.

Axşam.az “Hurriyət”ə istinadən xəbər verir ki, D.Baxçalının köməkçisi Semih Yalçın, R.Zərraba fürsət düşdükcə “şarlatan” deyəcəklərini bildirib:

“Əgər buna cəsarət etdisə, o zaman ölkədən deportasiya edilənə qədər “şarlatan” deməyə davam edəcəyik. Bir oğruya  hər fürsətdə “şarlatan” demək üçün növbəyə duracam. Qoy, hamımızı məhkəməyə versin. Bu cür addım atıbsa, dərsini almalıdır”.

Qeyd edək ki, Rza Zərrab  Türkiyədə “17 dekabr” rüşvətxorluq və korrupsiya qalmaqalına görə həbs edilib, bir müddətdən sonra azadlığa buraxılmışdı.