“Özünə bax”a daş-qaşlı hədiyyə - fotolar

“Özünə bax”a daş-qaşlı hədiyyə - fotolar
4494 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalının zövq yarışması “Özünə bax-3” həftəyə maraqlı anlarla imza atıb.

Axşam.az-ın məlumatına görə, həftənin ilk verilişində münsiflər kürsüsündə layihənin siması Ruhi Əliyeva, modelyer Afaq İsmayılova, stilist Mehmet Özel və dəb məsləhətçisi Elnarə Bəkir əyləşib. Gənc qız və oğlanların geyim zövqünü nümayiş etdirməyə çalışdıqları yarışmada dörd iştirakçı olub. Onlardan Ruqiyyə Cəlilova, Kamran Abbasov, Dilarə Hacıyeva ikinci yarımfinala vəsiqə qazanıb. Elxan Tağıyev adlı 21 yaşlı gəncin geyim tərzi bəyənilməyib. Münsiflər bu həftə “Özünə bax”da iştirak üçün qeydiyyat müddətinin bitdiyini vurğulayıblar.

Canlı yayımda münsiflərə sürpriz də olunub. Belə ki, adı açıqlanmayan bir pərəstişkar proqrama, üzəri daş-qaşlarla bəzədilmiş və “Özünə bax” yazılmış hədiyyə göndərib. Əl işi olan hədiyyənin kim tərəfindən göndərildiyi bu gün açıqlanacaq.

Qeyd edək ki, veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftənin ilk üç günü saat 15:00-da canlı yayımlanır. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), Aygün Rəsulzadə, prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru Qəmər Abbasovadır. Müsabiqədə birinci yeri tutan xanıma brilliant tac, bəyə isə avtomobil hədiyyə olunacaq.