Adriana Limadan sinə dekoltesi - fotolar

Adriana Limadan sinə dekoltesi -  fotolar
2848 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Londonda "Victoria's Secret" markasının mətbuat konfransı olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki,  mətbuat konfransını markanın mələkləri - sinə dekoltesi ilə gözləri qamaşdıran Adriana Lima və Kendis Sveynpol açıb. Qızlar, bu il "Victoria's Secret" şousunun İngiltərənin paytaxtında keçiləcəyini bəyan ediblər. Bir qədər sonra onların yanına gələn baş marketoloq Ed Reyzak şirkət rəhbərliyinin buna 90-cı illərin əvvəllərindən hazırlaşdığını  bildirib. Reyzak çıxışının davamında dekabrın 2-ə planlaşdırılmış tədbirə hazırlıqların artıq başladığını deyib. Ötən illərdə Rihanna, Bruno Mars, Maroon5 kimi ulduzların müşayiəti ilə baş tutan şouda bu il hansı müğənnilərin iştirak edəcəyi hələ məlum deyil.

Xatırladaq ki, "Victoria's Secret" şousu, adətən, Nyu-Yorkda keçirilir və yalnız bir dəfə Kanna köçürülüb.