Aşıq sənətində yenilik edən Samirənin təqdimatında yaşananlar

 Aşıq sənətində yenilik edən Samirənin təqdimatında yaşananlar
2497 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru Aşıq Samirə yeni layihəsini təqdim etmək üçün media nümayəndələrini başına toplayıb.

Axşam.az xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiəti ilə aşıq havasını klassikləşdirərək yeniliyə imza atan Samirə belə layihələrinin davamlı olacağını söyləyib.

Üç aşıq havasını (“Misri", "Cəlili" və "Şirvan müxəmməsi")  böyük layihə formasında təqdim edən sənətçi, albomuna "Sənətinə Aşiq Samirə" adını verib. Orkestrin dirijoru Azad Əliyevdir. Tədbirdə ötən ay dünyasını dəyişən sənətkarın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Yaradıcı heyətin tərkibinə musiqi rəhbəri əməkdar artist Etibar Qasımbəyli, rejissorlar Vahid Talıbov, Rövşən Həsənov, quruluşçu operator Elmir Süleymanov, operator Cavanşir Ağayev, montajçı Elnar Həşimov daxildirlər.

 Layihəni konsert şəklində təqdim etmək istəyən aşıq bəzi çətinliklərə görə bu arzusunu gerçəkləşdirə bilməyib.“Şəxsi həyatımla bağlı heç bir açıqlama verməyəcəm” deyən aşıq Samirə, təqdimata gələn media nümayəndələrinə yazdığı şeiri də səsləndirib.

FOTO: Rəşad ABBASOV