Rəhim: “Ağlımın ucundan da keçmir ki, eşq yaşayım”

Rəhim: “Ağlımın ucundan da keçmir ki, eşq yaşayım”
1188 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Rəhim Rəhimli ulduzu parlayan və gündəmdən düşən sənətçilərdən danışıb.

 Axşam.az xəbər verir ki, müğənni bu haqda ATV telekanalında yayımlanan “Onlar” verilişinə aşıqlamasında məlumat verib.

“Bir zamanlar kimlər parladı, kimlər söndü” deyən R.Rəhimli yeni mahnısından da söz açıb:

 “Yeni ifa olacaq. Önümüzdəki həftə mahnıya ekran həyatı verəcəyik”.

Aygün Kazımova və Röya Ayxandan sonra Rəhim də Türkiyə şou-biznesinə qoşulub:

“Çox sevindirici haldır ki, “Dön geri” ifam artıq Türkiyə telekanallarında da yayımlanır. Bu, bir uğurdur. Türkiyə kanallarında kliplərimiz getməyə başlayırsa, bu, artıq Azərbaycan şou-biznesi üçün fəxrdir. Özümü çox xoşbəxt hiss edirəm”.


Şəxsi həyatını kənara qoyan R.Rəhimli ciddi şəkildə konsertinə hazırlaşdığını söyləyib:

 “Mayın 9-da böyük stadionda konsertimdir və ən maraqlısı isə odur ki, Bakıda yox, regiondadır. Bu yaşıma çatmışam, amma heç vaxt açıq hava konsertlərində oxumamışam. Bir dəfə Röya xanımla konsertimiz olub, onun xaricində heç yerdə səhnə almamışam. Ona görə ciddi şəkildə konsertə hazırlaşıram və indi şəxsi həyatdan söhbət gedə bilməz. Ümumiyyətlə, ağlımın ucundan belə keçmir ki, bu saat durub məni axtarana hesabat verim, eşq macərası yaşayım, onun harayında deyiləm”.