Türkiyəli ifaçı Rəşid Behbudovun repertuarından oxudu

Türkiyəli ifaçı Rəşid Behbudovun repertuarından oxudu
1301 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış opera müğənnisi Oya Ergün, ölməz sənətkarımız Rəşid Behbudovun mahnılarından ibarət albom hazırladığını bildirib.

Bu barədə Axşam.az-a açıqlama verən Oya xanım, tezliklə albomu dinləyicilərin ixtiyarına verəcəyini deyib:  "Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə hazırlanan albomu Azərbaycan Dövlət Filarmoniyasında lentə almışam. İnşallah, tezliklə təqdimatını da keçirəcəm. Albom üzərində böyük məsuliyyətlə, çox gözəl bir komanda və dəyərli musiqiçilərlə  birlikdə işləmişəm. Ümid edirəm, musiqisevərlər albomdan məmnun qalacaqlar. Biz onun yüksək səviyyədə alınmasından ötrü əlimizdən gələni etmişik. Rəşid Behbudovun mahnılarından ibarət albom hazırlamaq asan iş deyil, böyük məsuliyyət tələb edir”.
Qeyd edək ki, alboma vaxtilə Rəşid Behbudovun ifa etdiyi 12 mahnı daxildir. Albomun təqdimatı Azərbaycanda və Türkiyədə keçiriləcək.