Aqil M.Quliyev sükutu pozacaq

Aqil M.Quliyev sükutu pozacaq
1525 dəfə oxunub
  • A-
  • A
  • A+
Həbsdən çıxandan sonra səsi-sorağı gəlməyən rejissor Aqil M. Quliyev sükutu pozacaq.

Axşam.az saytına açıqlamasında rejissor efirlərdən uzaqlaşmağından danışıb:

“Əvvəl həyatımda qalmaqal var idi deyə gündəmdən düşmürdüm. bütün media yaradıcılığımı yox, həyatımda baş verən problemi işıqlandırırdı. Ona görə də geri çəkildim. Hər şeyin unudulmasını istədim. Hazırda tamaşa, film üzərində işləyirəm. Ötən ilin aprelində həyatımla bağlı neqativ xəbərlər çox idi. Bu aprelin sakit keçməsinə çalışıram. Ayın sonunda isə həmin hadisəni unutduracaq yeniliklər təqdim edəcəm, sükutu pozacam”.

Xatırladaq ki, A. M. Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Buna səbəb isə bir müddət əvvəl rejissorun sevgilisi Marianna Turabova adlı şəxsin hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil. M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmamasıdır. Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A. M. Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılmışdı.