Özünə bax”da baş verənlər - fotolar

Özünə bax”da baş verənlər - fotolar
4488 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan “Özünə Bax 3” zövq yarışması yenə də maraqlı anlarla  yadda qalıb.

Axşam.az-ın məlumatına görə, münsif kürsüsündə bu dəfə layihənin siması Ruhi Əliyeva, vizajist Nigar İbrahimova, modelyer Afaq İsmayılzadə, stilist Mehmet Özəl əyləşib.

Gənclərin geyim tərzlərini nümayiş etdirib, zövqlərini sınaqdan keçirdikləri verilişdə 5 iştirakçı olub. Nizami Novruzlu adlı iştirakçı avanqard stildə geyim nümayiş etdirib. Onun dəridən hazırlanmış geyimi münsiflər tərəfindən bəyənilib. Nizami günün ikinci yarımfinala vəsiqə qazanan ilk iştirakçısı olub. Bəhruz Əliyev, Pünhan Təhməzli, Mehin Nəsibova da münsiflərin qarşısında zövqlərini nümayiş etdiriblər. Onların arasından yalnız Mehin ikinci yarımfinala keçib. Münsiflər bu həftə “Özünə bax”da iştirak üçün qeydiyyat müddətinin bitdiyini vurğulayıblar.

Qeyd edək ki, veriliş Axşam.az-ın informasiya dəstəyi ilə həftənin ilk üç günü saat 15:00-da canlı yayımlanır. Layihənin siması Ruhi Əliyeva, aparıcısı Rüfət Ağayev, redaktoru Ülvi Hadıyev (Şaba), Aygün Rəsulzadə, prodüseri Vüqar Şəfiyev, fotoqrafı Ruslan Əsədov, rejissoru Qəmər Abbasovadır. Müsabiqədə birinci yeri tutan xanıma brilliant tac, bəyə isə avtomobil hədiyyə olunacaq.