Hündürdaban ayaqqabı hansı xəstəliyə səbəb olur?

Hündürdaban ayaqqabı hansı xəstəliyə səbəb olur?
2768 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Sağlam olun” verilişinin növbəti buraxılışında damar xəstəliklərindən bəhs olunacaq.

Axşam.az-ın məlumatına görə, həkim-mütəxəssis damar xəstəliklərinə səbəb olan problemləri sadalayacaq, onları aradan qaldırmağın yolları haqqında  danışacaq. Həmçinin proqramda hündürdaban ayaqqabıların zərərləri barədə də məlumat veriləcək.

Qeyd edək ki, verilişə aprelin 18-də, saat 15:00-da ATV telekanalında baxa bilərsiniz. Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan "Sağlam olun"un yaradıcı kollektivi aparıcı Zərif Atayeva, redaktor Sevinc Rəcəbova, rejissor Qəmər Abbasova, koordinatorlar Vüqar Şəfiyev və Azər Baxşəliyevdən ibarətdir.