Rəqsanə Əli Mirəliyevlə canlı yayımda barışdı

 Rəqsanə Əli Mirəliyevlə canlı yayımda barışdı
3494 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən müğənni Rəqsanə İsmayılova və Əli Mirəliyev “Xəzər” telekanalında yayımlanan “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, efirə ilk Rəqsanə gələrək, qarşı tərəfi bağışlamayacağını iddia edib:

“Bir dəfə Əli Mirəliyevin günahından keçdim. Zaur Kamalın istəyi ilə məhkəmədən şikayətimi geri götürdüm. Üç gündən sonra eşitdim ki, çıxıb yenə məni təhqir edib. Bu dəfə onu bağışlamayacam. Anama and içmişəm”.

Daha sonra canlı yayıma gələn Ə.Mirəliyev peşman olduğunu bildirib.

“Rəqsanə gəlib mənimlə danışsaydı, ona hər şeyi  izah edərdim. Mən efirdə o sözlərlə yanaşı başqa ifadələr də işlətmişəm. Montaj edib, o formada veriblər. Maqazin verilişləri reytinq xatirinə bu yola əl atırlar. Sonrakı açıqlamanı isə mən verməmişəm. Köhnə müsahibədir, təkrar yayımlayıblar. Bu sözləri mənim təmizliyimdən istifadə edib alırlar. Özümə də ayıbdır. Məni qızım yaşında bir xanımla üz-göz edirlər. Namusuma and içirəm ki, bundan sonra heç kimə açıqlama verməyəcəm” deyən müğənni Rəqsanəni qucaqlayıb öpərək barışıb.

Ə.Mirəliyev daha sonra R.İsmayılovanın oxuma tərzindən də danışıb:

“Rəqsanənin oxumağını dinlədim. Kişi kimi qızdır. Amma ifasında səs var, məktəb yoxdur. Özünə də demişəm ki, gəl yanıma, sənə Üzeyir Hacıbəyov məktəbini, janrını öyrədim”.