Dünyanın tanınmış simaları Bakıya gələcək

Dünyanın tanınmış simaları Bakıya gələcək
1117 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanda ilk dəfə olaraq “Miss Globe İnternational” gözəllik müsabiqəsi təşkil olunacaq.

Axşam.az Lent.az-a istinadən xəbər verir ki, sözügedən müsabiqənin münsiflər heyətində dünyanın tanınmış simaları iştirak edəcək. Müsabiqəyə iyunun 11-i start veriləcək. Final şousu isə iyun ayının 21-də Bakının ən möhtəşəm konsert salonunda keçiriləcək. Müsabiqə “Fox İnternational” kanalı vasitəsi ilə dünyanın 72 ölkəsinə yayımlanacaq. Bununla əlaqədar yaxın günlərdə media nümayəndələri üçün mətbuat konfransı təşkil olunacaq.
 
Qeyd edək ki, adıçəkilən müsabiqə irqindən, dinindən və mədəniyyətindən asılı olmayaraq 18-24 yaş arasında olan subay qızların qatıldığı dünyaca məşhur gözəllik yarışmasıdır. Müsabiqə ilk dəfə 1925-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilib. Daha sonra ABŞ, Malta, Şimali Kipr Türk Respublikası, Albaniya kimi ölkələrdə təşkil olunub. “Miss Globe İnternational” müsabiqəsi 88-ci dəfə 2012-ci ildə keçirilib və müsabiqənin qalibi Braziliyanı təmsil edən Jakelyne De Oliveira münsiflər heyətindən 184 bal alaraq Gözəllik Kraliçası seçilib. 89-cu “Miss Globe İnternational” 2014-cü ilin iyununda Azərbaycanda həyata keçəcək.