Muğam ifaçısı yeni icra başçısından danışdı: "Qohumumuz deyil"

Muğam ifaçısı yeni icra başçısından danışdı: "Qohumumuz deyil"
1876 dəfə oxunub
  • A-
  • A
  • A+
“Raqub Məmmədov qohumumuz yox, dostumuzdur”.

Axşam.az xəbər verir ki, bu sözləri “Axar.az”a açıqlamasında xanəndə Firuz Səxavət Ağdam rayonunun icra başçısı barədə danışarkən deyib. O, Raqub Məmmədova uğurlar arzuladığını bildirib:

“Yaxşı insan, gözəl ziyalıdır. Biz hamımız, bütün ağdamlılar sevinir ki, bizə belə başçı təyin olunub. Ona uğurlar arzulayıram. Yeni işi mübarək olsun. Allah qoysa, daha yüksək vəzifələr ona qismət olar”.

Qeyd edək ki, dünən Raqub Məmmədov Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. O, bu vəzifədə Nizami Sadıqovu əvəz edib. Raqub Məmmədov bu yerə Tərtər Rayon Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdir vəzifəsindən gətirilib. Sosial şəbəkədə Raqub Məmmədovun mərhum sənətkar Səxavət Məmmədovun qohumu olması barədə statuslar paylaşılıb.