Tarkan dünya ulduzları ilə eyni sırada

Tarkan dünya ulduzları ilə eyni sırada
1055 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin meqastarı Tarkanın bir vaxtlar ən çox dinlənilən mahnılarından olan "Şımarık", "dünyanın ən yaxşı 15 mahnısı" siyahısına düşüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərə və ABŞ-da, 15 minə yaxın insan arasında  sorğu aparılıb və bu günə qədər bir neçə fərqli versiyalarda səsləndirilmiş ən yaxşı 15 mahnı seçilib. Siyahıda Tarkanın "Şımarık" mahnısı da var.

Onbeşliyə Tarkanla bərabər Rihanna ilə Eminemin duet şəklində ifa etdikləri, orijinal versiyası Bebe Reksaya aid olan “Monster”, orijinalı "Go North To Go South"-a aid olan, Pinkin yeni arenjimanda səsləndirdiyi “Try” mahnıları da daxildir.

Qeyd edək ki, Tarkan iyunda Qəbələdə konsert verəcək. Nahid Emiloğlunun təşkilatçılığı ilə keçiriləcək gecə Qəbələ stadionunda baş tutacaq.