Hamilə Aqilera hündürdaban ayaqqabıda - foto

Hamilə Aqilera hündürdaban ayaqqabıda -  foto
2157 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı pop ulduzu Kristina Aqilyera ikinci dəfə ana olmağa hazırlaşır.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Kristina sevgilisi, prodüser Metyu Ratlerlə birlikdə Nyu-York küçələrində gəzərkən paparassilərin kameralarına tuş gəlib.

Müxbirləri görən Metyu sevgilisinin əlindən tutaraq onu qorumağa çalışıb. Kristina da yumru qarnını gizlətməyə cəhd edib.
Müğənninin hamilə olmağına baxmayaraq dikdaban ayaqqabılardan imtina etməməsi müxbirlərin gözündən yayınmayıb.

Xatırladaq ki, artıq Maks adlı beş yaşlı oğlu olan Kristinanın ikinci uşağı qızdı.