Kərim: “Respublikanı qarış-qarış gəzəcəm”

Kərim: “Respublikanı qarış-qarış gəzəcəm”
722 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhəd ziyarətindən yenicə qayıdan müğənni Kərim Abbasov bu gün “Günəbaxan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi son vaxtlar həyatında baş verən qalmaqallardan danışıb. O, problemləri həll etdiyini və şəxsi həyatının yolunda getdiyini deyib:

“Bir ara qalmaqallar, xoşagəlməz hallar baş verdi. Artıq şəxsi həyatımda da, yaradıcılığımda da hər şey yaxşıdır. İndi yeniliklər edirəm. Konsert hazırlıqlarına başlamışıq. “Yaşıl Teatr”da konsert verəcəm. Çox fərqli və maraqlı konsert olacaq. Onu reallaşdırdıqdan sonra respublikanı qarış-qarış gəzəcəm. Gəncədə, Xaçmazda, Sumqayıtda və başqa bölgələrdə konsertlər verəcəm”.