Rəqsanə: “Sevirəm, gözlərimin içi parıldayır”

Rəqsanə: “Sevirəm, gözlərimin içi parıldayır”
2210 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova “Solo” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, proqramda şəxsi həyatından danışan sənətçi, sevidiyini, gözəl münasibəti olduğunu bildirib:

“Həyatımda çox hadisələr olub. Sevmişəm, ayrılmışam. Bir gün qarşıma məqsəd qoydum ki, bunlara son qoymalıyam. Sevib ayrılmaq, oturub ağlamaq mənə yaraşmaz. Qızım var, bir müddət sonra nənə olacam. Qərar verdim ki, ya ailə qurmalıyam, ya da sevgi macəralarına son qoymalıyam. Sevdim, ailə qurdum. Sevməsəm, sevilməsəm, bu gün belə enerjili olmazdım. Belə bəzənib-düzənib dolaşmazdım. Sevirəm, gözlərimin içi parıldayır. İnsan həyatda hər şey qazana bilər. Pula, var-dövlətə əhəmiyyət vermirəm. Ən önəmlisi can sağlığıdır”.