Yuxunuz şirin olsun

Yuxunuz şirin olsun
2261 dəfə oxunub
  • A-
  • A
  • A+

ƏN ÖNƏMLİ YUXU SAATLARI....

Əksəriyyətimiz yuxuya sərf olunan zamanı itirilmiş hesab edir, "o dünyada doyunca yatacağıq" deyir. Ancaq aparılan araşdırmalar göstərir ki, gün ərzində gümrah qalmağımızı, məhsuldar fəaliyyət göstərməyimizi təmin edən maddələrin çoxu, məhz, yatdığımız saatlarda ifraz olunur.

Axşam.az əcnəbi mütəxəssislər tərəfindən aparılmış belə araşdırmalardan birinin nəticələrini təqdim edir.

01.00- Məhsuldarlıq ən aşağı səviyyədə olur, diqqət zəifləyir. Çünki bədən özünü yatmağa proqramlaşdırır.

02.00 - Görmə qabiliyyəti zəifləyir, reflekslərin sürəti azalır, bu saatda yol  qəzalar çox olur.

03.00 - Bədənin də, ruhun da ən qaranlıq saatı. Melatonin hormonunun ifrazı zəifləyir. Araşdırmalara görə ən çox intihar halları bu saatda baş verir.

04.00 - Stress hormonundan enerji alırıq.  04.00- 06.00- arasında infarkt ehtimalları artır. Çünki bu saatda qan təzyiqi çox yüksəlir, damarlar gərilir. Doğuşların ən çox olduğu saatdır.

05.00 - Stress hormonu orqanizmi oyanmağa proqramlaşdırır. İtirdiyimiz enerji bərpa olunur.

06.00- Orqanizm kortizon hormonlarının ifrazına başlayır və onların təsiri ilə oyanır. Bədən yavaş-yavaş oyanmağa hazırlaşır. Metabolizma sürətlənir, gün ərzində gümrah qalmağımıza səbəb olan enerji və protein işə başlayır.

07.00- Bədən hələ zəifdir. İdman etmək məsləhət deyil. Ürəyə və qan dövranına güc düşə bilər. Onun əvəzinə  yemək yeyin. Bu saatda həzm sistemi mükəmməl işləyir.

08.00- Libidonun ən yüksək olduğu saatdır. Həddindən çox hormon ifraz olunur. Bu saatda çəkilən siqaret damarları həmişəkindən daha çox daraldır.

09.00- Bədənin rahat və güclü olduğu saatdır. Əgər iynə  vurdurmalısınızsa, bu ərəfəni seçin. Bu vaxt vurulan iynələr nadir hallarda mənfi təsir edir, bədən rentgen şüalarına qarşı daha dözümlü olur.

10.00- Orqanizm özünə gəlməyə başlayır. Bədən temperaturunun ən yüksək, insanın ən enerjili və çalışqan olduğu saatdır. 

Vacib bir nüans: 10.00-12.00 arası infarkt hallarına daha çox  rast gəlinir.

11.00- Bədən tam formada və məhsuldar  olur. Ürək və damar sistemi həddindən artıq gümrahlaşır. Yeri gəlmişkən, bu zaman çərçivəsində  ürəyi müayinə etdirmək məsləhət deyil. Nasazlıqların özünü büruzə verməmək ehtimalı var. Hazırcavablıq qabiliyyəti ikiqat artır, xüsusilə hesab-kitab işləri, riyazi məsələlər asan həll olunur.

12.00- İstirahət saatıdır. Diqqət zəifləyir, adamı yuxu basır. Mədədə turşuluğun miqdarı artır, beyinə qan axışı azalır. Çünki qan, həzm orqanlarının işini tənzimləmək   üçün mədəyə yardıma "gedir".

13.00- Bədən gücdən düşür. Məhsuldarlıq 20% azalır. Bütün orqanların fəaliyyəti zəifləyir. Yalnız həzm prosesində iştirak edən öd kisəsi tam gücü ilə işləyir.

14.00 - Təzyiq və hormonların  miqdarı düşdüyünə görə özümüzü yorğun hiss edirik. Diş həkimindən qorxanlar üçün ən məsləhətli saatdır. Çünki bu saatda ağrını hissetmə qabiliyyəti zəifləyir, lokal anesteziyanın təsiri uzun müddət qalır.

15.00 - Bədənin enerjisi bərpa olunur, yaddaş güclənir. İkinci məhsuldar etap başlayır.

16.00- İdman üçün ən münasib vaxtdır. Təzyiq və qan dövranı çox yaxşı vəziyyətdə olur.

17.00 - Daxili orqanların  ən fəal olduğu saatdır. Bədən daha çox oksigen sərf edir, güclənir, böyrəklər və  sidik kisəsi aktiv olur.
Saç və dırnaqlar sürətlə uzanır, mədənin turşuluğu artır. Bu saatda mədə qanaması keçirmək riski böyükdür.

18.00 - Axşam yeməyi üçün ideal vaxtdır. Mədəaltı vəzi xüsusilə aktivləşir.

19.00 - Qan təzyiqi və nəbz tənbəlləşir. Odur ki, təzyiqi salan dərmanlarla ehtiyatlı davranmaq lazımdır. Antidepressantların daha təsirli olduğu saatdır.

20.00 - Qaraciyərin yağlılığı azalır, ürəyə həmişəkindən daha çox çirkli qan axır. Allergiyası olanlar, astma xəstələri dərmanlarını bu saatda içməlidirlər, çünki dərhal təsir edir. Hətta çox kiçik miqdarda qəbul edilən antibiotiklər belə bu saatda çox təsirli olur.

21.00- Həzm orqanlarının iş saatı bitir. Bu saatdan sonra yeyilən hər şey səhərə qədər mədədə qalır və həzm olunmur.

22.00 - Bədənin polisi - ağ qan hüceyrələri  aktivləşir. Bu saatdan sonra bədən nikotin kimi zəhərli maddələri çətin xaric edir.

23.00 - Orqanizm gün ərzində aktiv olan stress hormonlarının ifrazını dayandırır, yatmağa hazırlaşır. Sakitləşirik, rahat oluruq. Melatonin hormonlarının ifrazı başlayır. Qaraciyər bədəni təzələyir. Orqanizm ən çox bu saatda dincəlir.

24.00.- Bədən yatanda dəri hüceyrələri dayanmadan işləyir və daha sürətlə parçalanır. Yarım saat içində yuxu görməyə başlayırıq.

Yuxunuz şirin olsun. Doyunca yatın ki, cəmiyyətə faydalı vətəndaş olasınız.