İlham Mirzəyevi döyməkdə təqsirləndirilən şəxs azadlığa buraxıldı

İlham Mirzəyevi döyməkdə təqsirləndirilən şəxs azadlığa buraxıldı
2482 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Yasamal Rayon Məhkəməsində tanınmış aparıcı, hazırda həbsdə olan İlham Mirzəyevi döyməkdə və hədə-qorxu gəlməkdə təqsirləndirilən Asif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axşam.az Apa.az-a istinadən xəbər verir ki, prosesdə qərar elan olunub. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 134-cü (döymə) və 221-ci (xuliqanlıq) maddələri üzrə bəraət verilib. Digər ittiham olunduğu maddə 127.2.3-cü (ümumi təhlükəli üsulla xuliqanlıq törətmə) maddəsi isə 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan üsulla az ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib və məhkəmə zalından azadlığa buraxılıb.
 
Qeyd edək ki, bir müddət əvvəl İ. Mirzəyev həbs edilib. Məhkəmə onun barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçib. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. İ. Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub.