Ramal küsülü olduğu prodüserlə barışdı

Ramal küsülü olduğu prodüserlə barışdı
2681 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ramal İsrafilov uzun müddətdir küsülü olduğu prodüser, klipmeyker Zöhrab Ağayevlə barışıb.

Axşam.az-ın məlumatına görə, iki tanınmış, dünən məkanların birində görüşərək söhbət edib, şəkillər çəkdiriblər.

Barışıq haqda sosial şəbəkədə yazan Zorik bunları bildirib:

“Canım dostum Ramalla barışdıq. Arada söz aparıb-gətirənlər partlasın. Gözəl vaxt keçirdik. Allah bizi mələk üzlü, iblis qəlbli insanlardan uzaq etsin. Ramalı çox istəyirəm, sənətinə vurğunam”.
Qeyd edək ki, Ramalla Zorikin küsülülüyünə səbəb klipmeykerin müğənni Natavan Həbibi haqqında yazdığı sözlər olmuşdu.