Tolikdən Natavan haqqında açıqlama: “Bu onun bayramıdır”

Tolikdən Natavan haqqında açıqlama: “Bu onun bayramıdır”
2487 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən mətbuatda müğənni Natavan Həbibinin mayın 17-də Laçının işğalı günü konsert verəcəyi ilə bağlı xəbər yayılmışdı.

Axşam.az-ın məlumatına görə, sənətçi, işğal gününün mayın 18-i olduğunu iddia edib. Bir çox sənət adamları  bununla bağlı sosial şəbəkədə rəylər yazıb. Onların arasında prodüser Tolik də var. O, işğal gününün ayın 17-də başlayıb, 18-də başa çatdığını  göstərən sənədi paylaşaraq bunları əlavə edib:

“Bunu paylaşmaqda məqsədim kiminsə konsertinə pəl vurmaq deyil. 15 ildir oxumağına baxmayaraq, o insanın sənəti də özü kimi sünidir. Bu şəkli paylaşıram ki, özünüz-özünüzü aldatmayın. Bu faktları, siyahını mən tutmamışam. Belədə ki azərbaycanlı qanı daşımayan insandan nə gözləyirik? Eləyir eləsin də... Axı bu onların bayramıdır. Həmin günü də özü üçün bayram edir”.