Rza Zərrab: “Qızılların olduğu təyyarə mənim deyil” - Video

Rza Zərrab: “Qızılların olduğu təyyarə mənim deyil” - Video
2994 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə keçirilən rüşvət əməliyyatlarıyla Türkiyənin 1 nömrəli gündəmi olan Rza Zərrab həbsdən çıxdıqdan sonra ilk dəfə danışıb. Axşam.az anspress-ə istinadən xəbər verir ki, bir televiziya proqramında qonaq olan Rza Zərrab haqqındakı iddiaları münasibət bildirib.

“1 yaşından bəri Türkiyədə yaşayıram. Atamın 1976-cı ildən bəri burada qeydiyyatı var”

- İran agentisiz?

Sizcə elə bir görünüşum var? Bir çox iddia var, bu da onlardan biri. Mən heç bir ölkənin agenti deyiləm. Digər iddiaların yanında bu yüngül görsənir. İranda yatırımlarımız var deyə bu agent olduğumuz mənasını vermir.

“Qızılların olduğu təyyarə mənim deyil”

Qanadan Türkiyəyə bir təyyarə gəldi. İçində 1.5 ton qızıl olan . O təyyarə mənim deyil. İçindəki qızıllar da mənim deyil. Amma iş adamı olduğum üçün mənə qızıl alarsınızmı deyə soruşdular. Bunlar küçədən keçən adamlar deyil. Təyyarə gəldikdən sonra mənə ala bilərsinizmi? deyə soruşdular. Bu təyyarə Qanadan necə gəldi , hansı sənədlər dəyişdi bu məni maraqlandırmaz. Biz bu təyyarədə gəldikdən sonra sənədləri olmadığını anladıq və onlara bildirdik. O yük şirkəti də mənə aid deyil.

“Babək Zəncani ilə ortaq deyiləm”

Babək Zəncani İranda tanınmış bir iş adamı. Mən də uzaqdan tanıyıram. 2 dəfə gördüm yalnız. 4 dəqiqəlik bir qarşılaşmamız oldu. Mənim Zencaniyle heç bir əməkdaşlığım yoxdur. Dost da deyilik, ortaq da deyilik. İnsanlara yanlış iddiaları təlqin etmək istəyirlər. Mən də xəbərləri İran mediasından oxumuşam. Onun İranın dərin dövləti olub olmadığını bilmirəm. İran mediası da elə bir şey yazmadı. Mənimlə heç bir əlaqəsi yoxdur.

“İrana istədiyiniz zaman gedə bilərəm”

İrana istədiyim zaman gedə bilərəm. Mənim İranda həbs qərarım yoxdur. Ortaq olsam, mənim də oraya getdiyim zaman həbs olunma ehtimalım var. Mən Zəncani ilə əlaqədar nə olub bitdi bilmirəm. Mənim onunla bir əlaqəm yoxdur. İddiaya görə 17 dekabr əməliyyatı olmasaydı mən Zəncani ilə 1 gün sonra Antaliyada görüşməliyəmmiş . Bu yalandır . Mənim xəbərim yoxdur. Bunların hamısı sui-qəsddir .

" Əməliyyatın təməli möhkəm deyil"

Bu əməliyyatın təməli möhkəm deyil. Çünki hər hansı bir dövlətin kassasından pul çıxmadı. Əksinə dövlət pul qazandı. Yalnız mənim sayəmdə 25 milyard TL qızıl ixracatı olub . Yeni pulla . Bu cari açığın 15 %i bağlamağa yetər . Mənim Xalq Bankına ödədiyim rəsmi sənədli qanuni komissiya 106 milyon TL-dir. Bu yalnız mənə təmin edilmiş bir istisna deyil. Türkiyə İran arasında başqa qızıl ticarət edən adlar var. Onların heç adı keçmədi. Bu mənim üçün mənalıdır . Xalq Bankına ən çox vergi verən mənəm. Siyahıda 1 nömrə də, 2 də, 3 də mənəm. Şərhi sizə və izləyənlərə buraxıram.


 
Sarraf: Ajanmış Gibi Bir Duruşum mu Var? by haberler