Mətanət: “Oğluma demişəm ki, ailəli qadınla evlənə bilərsən”

 Mətanət: “Oğluma demişəm ki, ailəli qadınla evlənə bilərsən”
4100 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aparıcı Mətanət Əliverdiyeva ailəsindən danışıb.

Axşam.az xəbər verir ki, hazırda ATV-də çalışan Mətanət kulis.az-a müsahibəsində iki oğlunun olduğunu bildirib:

"İki oğlum var. Biri 22 yaşlı Oktay, o biri  6 yaşlı Əli. Əli eynilə Mətanətdir. Mənim bütün xarakterim ondadır. Uşaqlarımı çox sərbəst böyüdürəm. Əli hələ balacadır, amma Oktayla dostam. O özündən  yaşca böyük bir qız istəyirdi. O qız hətta İsraildədi. Mən onun işinə qarışa bilmərəm. Demişəm ki, sən hətta ailəli bir qadınla evlənə də bilərsən. Əsas odu özün sev".

Teleaparıcı həmçinin sosial şəbəkələrdə olmamağına da aydınlıq gətirib:

"Sosial şəbəkələrə qəti marağım yoxdur. Məni heç vaxt orda görməyəcəksiz. Öz şəklimi, ya övladlarımın şəklini çəkib Facebooka qoymaq xasiyyətimə uyğun deyil. Telefonuma baxsaz görərsiniz ki, orda foto-video yoxdur. Mən belə şeyləri sevmirəm".