Abbas iyunda iki günlük konsert verəcək

Abbas iyunda iki günlük konsert verəcək
1526 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Abbas Bağırov uzun müddətdir verdiyi sözünü yerinə yetirib.
 
Axşam.az-ın məlumatına görə, sənətçi çoxdandır arzusunda olduğu solo konsertinin vaxtını dəqiqləşdirib. Belə ki, müğənni iyunun 27-si və 28-də “Yaşıl Teatr”da konsert verəcək. “Gəl” adlanan gecədə Abbas Bağırovu əməkdar artist Ənvər Sadıqovun rəhbərlik etdiyi orkestr müşayiət edəcək.

Gözəl konsert vəd edən əməkdar artist gecədə yeni mahnılarını səsləndirəcəyini bildirib.