Səidə: “Reytinq xətrinə arvadlarının alt paltarını satarlar”

Səidə: “Reytinq xətrinə arvadlarının alt paltarını satarlar”
2171 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Səidə Sultan “Günəbaxan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, dedi-qodulardan danışan sənətçi qalmaqallı açıqlamalar verib:

“Kanallarda işləyənlərin bəzilərinin insanlığı yoxdur. Reytinq xətrinə yeri gələndə arvadlarının alt paltarını da satarlar. Qalmaqal yaradıb müğənnini gözdən salmağa can atırlar. Özlərini ulduz hesab edirlər. Amma bilmirlər ki, bu ulduzluq axıra kimi getmir, vaxtı gələndə etdikləri pisliyin qarşılığını alacaqlar. Bir dəfə mənim də ailə söhbətimi efirə çıxarmışdılar. Elə ab-hava yaratdılar ki, bütün Azərbaycan evimin içini gördü. Mənə yaxın olan insanlar idi, nənəm onlara şikayət edəndə çağırıb məsləhətləşəydilər, söhbətin əslini öyrənəydilər. Heç olmasa, hörmət naminə bunu edəydilər. Bu qalmaqal mənə çox pis təsir etdi. O yükün altından necə qalxacağımı bilmirdim. Hətta özümü öldürməyi də düşünürdüm”.