"Bir daha həbsxanaya qayıtsam, ölərəm" - Dəniz Səki

"Bir daha həbsxanaya qayıtsam, ölərəm" - Dəniz Səki
2011 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin tanınmış sənətçisi Dəniz Səki qonaq olduğu verilişdə ağlaya-ağlaya günahsız olduğunu deyib.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, narkotik alveri ilə məşğul olma cinayətinə görə mühakimə edilən və 6 il 3 aylıq həbs cəzası qüvvədə qalan türk müğənnisi Dəniz Səki, qonaq olduğu verlişdə dəfələrlə günahsız olduğunu deyərək göz yaşlarını saxlaya bilməyib. Bu cinayətə görə səkkiz ay həbsxanada yatmış müğənni “Bilirsiniz, həbsxananın necə yer olduğunu görəndən sonra təkrar ora qayıtmaq nə deməkdir? Qoxusu hələ də burnumdadır. Çox pis qoxusu var, Allah düşmənimə də göstərməsin. Bir daha oraya qayıtsam, ölərəm. Assalar, daha yaxşıdır. Mən ora getməyə layiq olan heç nə etməmişəm” deyərək üsyan edib.