Castin Biber ABŞ-dan qovulur

Castin Biber ABŞ-dan qovulur
1417 dəfə oxunub
  • A-
  • A
  • A+
Kanadalı popçu Castin Biber yavaş-yavaş şöhrətini itirməyə başlayır.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ evin internet saytında müğənninin ölkədən deportasiyası haqqında ərizəyə 275 min ABŞ vətəndaşı imza atıb.
Kanadalı bir sürücüyə hücum etdiyinə görə may ayında məhkəməyə çıxmalı olan 20 yaşlı Biber, vətənində də gözdən düşüb. “Juno" mükafatının təqdimetmə mərasimində tamaşaçılar onu "uuuuuuuuu" nidaları ilə qarşılamışdılar. İndi ABŞ-dan xaric edilməsi ilə bağlı ərizəyə 275 min nəfərin imza atması müğənnini pis vəziyyətdə qoyub.
İmzaların sayı 100 mini keçəndən sonra  prezident  Barak Obama bu məsələyə münasibət bildirməli idi. Lakin ABŞ prezidenti hələ susur.