Dilarənin "Ukraynanın səsi"ndəki aqibəti necə oldu? - video

Dilarənin "Ukraynanın səsi"ndəki aqibəti necə oldu? - video
2461 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, "Ukraynanın səsi" layihəsində "Evrovision 2014"ün azərbaycanlı təmsilçisi Dilarə Kazımova da iştirak edir.

Axşam.az-ın "1news.az"a istinadən verdiyi məlumata görə, kor-koranə dinləmələr zamanı Dilarə Kazımovanın səsinə "Okean Elzı" qrupunun solisti Svyatoslav Vakarçuk dönmüşdü və onun komandasına daxil olan Dilarə Sarı gəlin" mahnısını oxumuşdu.

Yarışmanın ikinci mərhələsində Dilarə, Katerina Nazimenko ilə vokal duelinə çıxıb. Hər iki iştirakçı Madconnun "Beggin" mahnısını oxuyub.

Münsiflər heyətinin digər üç üzvü- Sergey Lazarev, Tamara Qverdsiteli və Ani Lorak onların ifasını bəyənməsə də,  Svyatoslav Vakarçuk Dilarə və K.Nazimenko ilə birlikdə "Beggin" mahnısını yenidən səsləndirib. Daha sonra S.Vakarçuk yarışa azərbaycanlı ifaçı Dilarə Kazımova ilə birlikdə davam edəcəyini bildirib.

Yarışla bağlı təəssüratlarını bölüşən Dilarə "Məni seçəcəkləri ağlıma gəlməzdi. Çox sevinirəm və çox xoşbəxtəm"- deyib.