Yeni Ceyms Bond qadını - Penelopa Kruz

Yeni Ceyms Bond qadını - Penelopa Kruz
1927 dəfə oxunub
  • A-
  • A
  • A+

Axırıncı dəfə “Karib dənizi quldurları” filmində rol alan ispaniyalı aktrisa Penelopa Kruz Ceyms Bondun yeni qadınlarından biri olacaq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, keçən ilin iyul ayında ikinci dəfə ana olan 39 yaşlı Kruz sözügedən silsilə filmlərin sayca 24-cüsündə Daniel Kreyqlə birlikdə çıxış edəcək.

Sem Mendesin rejissoru olacağı filmin çəkilişləri 2014-cü ilin sonlarında başlayacaq. Ekran əsərinin 2015-ci ilin oktyabrında təqdim ediləcəyi gözlənilir.