"Oğlumdan ötrü burnumun ucu göynəyir" - Günayın əri

"Oğlumdan ötrü burnumun ucu göynəyir" - Günayın əri
2663 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan model Günay Musayevanın aktyor həyat yoldaşı Tolqa Karel qolunu zədələyib.

Axşam.az-ın məlumatına görə, hazırda “Survivor” yarışmasında iştirak edən Tolqa, verilişin sonuncu bölümündə ailəsindən danışıb. Oğlu Cahangir üçün çox darıxdığını deyən Karel göz yaşlarını saxlaya bilməyib:

“Sonuncu yarışmada İgidlə oynayırdım. Qoluma güc düşdü. Damar partlamışdı. İndi qolumu tərpədə bilmirəm, ağrıyır. Ailəm üçün çox darıxmışam. Düzdür, bu mükafat mənim üçün önəmlidir, qazanmağı çox istəyirəm, amma ailəmdən, oğlum Cahangirdən ötrü burnumun ucu göynəyir. Onların şəklini görməyi çox istəyərdim”.