Nadir Zeynəb Xanlarovanın mahnısını oxudu - audio

Nadir Zeynəb Xanlarovanın mahnısını oxudu - audio
2359 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadədən yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, sənətçi növbəti dəfə xalq artisti Zeynəb Xanlarovanın repertuarına müraciət edib. O, dünya şöhrətli sənətkarın ifasında olan “Xalidə” adlı mahnını lentə aldırıb.

N.Qafarzadə yaradıcılığında baş verən yenilik barəsində isə bunları söyləyib:

“Bu gün yeni mahnımı təqdim edirəm. Bu bəstəni Azərbaycanın dahi sənətkarı, dünya şöhrətli müğənnisi Zeynəb Xanlarova ifa etmişdi. Elə o vaxtlardan bu mahnı mənim ürəyimdə öz yerini tapmışdı. Əksər hallarda bu mahnını züm-zümə edirdim. Daha sonra qərara aldım ki, bu bəstəni repertuarıma daxil edim. Bundan əlavə bir neçə mahnı da ifa etmişəm. Lakin hələ onu açıqlamaq istəmirəm. Amma bircə onu deyim ki, səs-küyə səbəb olacaq. Öncədən xəbərdarlıq edirəm. Partlayışa hazır olun”.