"Univison”un qalibinə 3 min manat verildi

"Univison”un qalibinə 3 min manat verildi
1181 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən Heydər Əliyev Sarayında “Univision” müsabiqəsinin finalı  keçirilib.

Axşam.az-ın məlumatına görə, Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin, Azərbaycan Tələbə Gənclər Birliyinin təşkilatçılığı ilə baş tutan gecənin açılışında Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib. O, belə müsabiqələrin istedadlı gəncləri üzə çıxarmaq məqsədilə keçirildiyini bildirib:

“Bu müsabiqə əhəmiyyətli məqsəd daşıyır. Tanınmış gəncləri üzə çıxarmaq istəyirik. Bu, gəncləri birləşdirir”.
Münsiflərin rəyi nəticəsində müsabiqədə  üç qalib seçilib:

Üçüncü yer: Neft Akademiyasını təmsil edən “Old academy” qrupu – 1000 manat

İkinci yer: Bakı Dövlət Universitetinin tələbəsi Əlihüseyn Quluzadə və Slavyan Universitetindən Kəmalə Novruzova – 2000 manat

Birinci yer: Azərbaycan Diplomatiya Akademiyasının tələbəsi Günay Bədəlova – 3000 manat

Birinci yerin qalibi mayın 14-dən 21-nə kimi Bakıda keçiriləcək  II Beynəlxalq “Univision” müsabiqəsində ölkəmizi təmsil edəcək. Müsabiqəyə MDB ölkələrindən 20-yə qədər iştirakçı dəvət olunub.