Natavan: “Heç kim məndən çimərlik geyimi gözləməsin”

Natavan: “Heç kim məndən çimərlik geyimi gözləməsin”
2171 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Natavan Həbibi mayın 17-də baş tutacaq solo konsertindəki geyimlərindən danışıb.

Axşam.az-ın məlumatına görə,sənətçi “Onlar” verilişinə açıqlamasında açıq-saçıq libaslarla tamaşaçını təəccübləndirmək fikrində olmadığını bildirib:

“İllərdir konsert vermirəm. Buna səbəb xəyalımdakı kimi ab-hava, gözəlliyi yarada bilməmək qorxusu idi. İndi gördüm ki, istədiyim işıq effektlərini tapa bilirəm. Konsertə çox insan dəvət edəcəm. Çünki bu mənim ilk solo konsertimdir. Mənimlə eyni səhnədə heç bir ulduz müğənni çıxış etməyəcək. Boşluğumu doldurması üçün heç kimi çağırmamışam. Bircə konsertdə tələbələrim olacaq, onlar çıxış edəcək. Eyni zamanda mənim bekvokalçılarım olacaqlar. Geyimə gəldikdə isə modelyerim mənə uyğun libaslar hazırlayır. Heç kim məndən açıq-saçıqlıq, çimərlik geyimi gözləməsin, olmayacaq”.