Oksana: “Samirə mənim qarşıma çıxa bilməz”

Oksana: “Samirə mənim qarşıma çıxa bilməz”
2671 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Oksana Rəsulova aşıq Samirə Əliyevanın ünvanına sərt sözlər deyib.

Axşam.az-ın məlumatına görə, Oksana Samirənin “Fatiməyə söz atan qarşısında məni görəcək, cavabını özüm verəcəm” sözlərinə "Şou+"da cavab verib.

“Samirə heç vaxt mənim qarşıma çıxa bilməz. Çünki o, rəqqasə deyil” deyən Oksana, Fatimə Fətəliyeva və Samirənin özlərini şou-biznesin "Zita və Gitası” adlandırmasına da münasibət bildirib:

“Bir Zita var, o da Hema Malinidir, Hindistandadır. Bizim şou-biznesdə Zita-Gita görmürəm, olması da mümkün deyil”.