"Hədə-qorxu gəldilər ki, səni qaçırdacağıq" - Mətanət

"Hədə-qorxu gəldilər ki, səni qaçırdacağıq" -  Mətanət
1972 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mətanət Əsədova bir vaxtlar cangüdənlə gəzməyinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, “Şou+” verilişinin qonağı olan sənətçi ona elçi gəldiklərini bildirib:

“Elçi gəldi, mən də razılaşmadım. Hədə-qorxu gəldilər ki, səni qaçırdacağıq. Hətta bir dəfə avtomobilimin qarşısını da kəsmişdilər, sürüb getdim, saxlamadım. İnsanı yüzü istəyər. Olmayanda məcbur deyil ki.... Elə bildilər ki, fındıq qabığıyam, istədikləri vaxt götürə bilərlər. Ona görə də bir ara cangüdənlə gəzirdim”.

Bacısının rəhmətə getməsindən danışan M.Əsədova onu itirdikdən sonra depressiyaya düşüb:

“75 kiloqram idim. Depressiyaya düşdüm, bütün günü yemədim. Stresdən xəstəxanalıq oldum. 20 kiloqram arıqladım”.