Murad: “Oğlanlarımla ünsiyyət qura bilmirəm”

Murad: “Oğlanlarımla ünsiyyət qura bilmirəm”
5542 dəfə oxunub
  • A-
  • A
  • A+
Şoumen Murad Dadaşov “APA TV”-də yayımlanan “İlham Rəsul və...” adlı verilişin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, məşhur teleaparıcı uzun müddətdən bəri planlaşdırdığı “Gombullar” layihəsinin baş tutmamağının səbəblərini açıqlayıb:


“Bu verilişdə köklükdən əziyyət çəkən insanları dəvət edib, arıqlamalarına yardımcı olacaqdım. Hətta sınaq çəkilişi də aparmışdıq. Qəfildən qərara gəldim ki, layihəni efirə verməyim. Düşündüm ki, tamaşaçının günahı nədir axı? Estetik cəhətdən normal olmayanlar efirə çıxıb tamaşaçının ruhunu korlayır. Qoy, televizorun qabağında oturanlar gözəllik görsün. Layihəmi  özüm arıqlayıb dəyişəndən sonra reallaşdıraram”.

Ailəsindən danışan M.Dadaşov övladlarına vaxt ayıra bilmədiyindən şikayətlənib:

“Övladlarıma vaxt ayıra bilmədiyimə görə narahatam. Onlarla hər gün ünsiyyət qura bilmirəm. Oğlum zəng edir ki, evə nə vaxt gələcəksən? Ona izah etməyə çalışıram ki, sizin üçün işləyirəm. Mənə deyir ki, istəmirəm, mənə sən lazımsan. Yaxşı valideyn olmağa çalışıram. Amma bu çətindir”.