“Eurovision” təmsilçimiz aparıcı oldu

“Eurovision” təmsilçimiz aparıcı oldu
1645 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Səbinə Babayeva bu dəfə aparıcı kimi efirə çıxıb.

Axşam.az-ın məlumatına görə, “Lider” telekanalında yayımlanan “Bu saat”ın növbəti məşhur aparıcısı “Eurovision-2012”dəki təmsilçisimiz Səbinə Babayeva olub. “Top 10”da təzə klipini təqdim edən Səbinə həyacanlandığını etiraf edib. Sənətçinin “Ey Azərbaycan” adlı mahnısına çəkdirdiyi klip onluğa daxil olub. Müğənni Səidə Dadaşovanın çoxdan efirlərdə görünmədiyini deyən aparıcı, onu “Top 10”a daxil olması münasibətilə təbrik edib.

Qeyd edək ki, veriliş həftəiçi beş gün, saat 16:00-da yayımlanır. Sözügedən layihənin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur.

"Bu saat"ın informasiya dəstəyi Axşam.az saytına məxsusdur.