Hollivud ulduzlarının təəccübləndirən qüsurları

Hollivud ulduzlarının təəccübləndirən qüsurları
4710 dəfə oxunub
  • A-
  • A
  • A+

Saatlarla televizorun qarşısında oturub Hollivud ulduzlarını izləyirik, onların gözəlliyinə həsəd aparırıq. Hər qadın onlar kimi gözəl görünmək, füsunkar qamətə, cazibədar bədənə sahib olmaq istəyir. Lakin gur işıqların altında, açıq dekolteli ziyafət paltarlarında qüsursuz görünən o gözəlçələrin də öz eyibləri var. Təəssüf ki, məşhurların “yaralarını” nə pərəstişkarların sevgisi, nə də milyonlar sağalda bilər.

Axşam.az saytı xarici mətbuata istinadən Hollivudun cazibədar ulduzlarının qüsurlarını təqdim edir:

Dünya ulduzlarının gözəllik siyahısında ilk yerlərdən birini tutan latın amerikalı gözəlçə Cenifer Lopez köklüyə meyllidir. Ulduz bud və baldır hissələrindən kökəlir. Özünün də dediyinə görə o, ayaqlarını formada saxlamaq üçün daim fitneslə məşğul olur. Yoxsa dillərə dastan gözəlliyindən və sığortalı arxasından əsər-əlamət qalmaz.



“Çarlinin mələyi” Kameron Diaz üzündəki civzələrdən əziyyət çəkir. Hətta aknelərinin ucbatından hərdən “Oskar” mükafatının təqdimat mərasiminə də gedə bilmir. Kameronun üzündəki civzələri heç bir krem təmizləmir, dərisindəki bu qüsurları dekorativ kosmetika ilə də gizlətmək qeyri-mümkündür.



Kristina Aqulera arıq, gözəl və cazibədar olmasına baxmayaraq, böyük qüsuru onu hər zaman utandırır. Onun ayaqları əyridir. Bu, ulduzun valideynlərini, hətta nənəsini belə narahat edir. Valideynlərinin "ayaqlarını gizlət" tənbehi Kristinanı bezdirib. Müğənni bu qüsurunu aradan qaldıra bilmədiyindən klip və foto çəkilişlərində obyektivi, adətən, üzünə yönəldir.



Baxımlı, bədəni daim formada olan Şarliz Teron da təbiətin ona bəxş etdiyi bir qüsurla mübarizə aparır. Bu qədər arıq və zərif qadının buxaqdan əziyyət çəkdiyi kimin ağlına gələr? Ulduzun çəkisi bir neçə kiloqram artan kimi “ikinci çənə” özünü göstərir və bu qüsur ona çəkilişlərdə mane olur.
 


Onun dodaqları, gözləri və cəzbedici baxışları kişilərin ağlını başından alır, qadınlarınsa qısqanclığına səbəb olur. Lakin bu qədər zərif və cazibədar üz cizgilərinə sahib olan Ancelina Colinin başı bədəninə nisbətən çox böyükdür. Çiyinləri ensiz olan aktrisanın studiyada çəkilən şəkillərində çox vaxt bədəni yox, üzü əks olunur.



Son vaxtlar kökəlib formadan düşən Britni Spirsin isə sinəsi elastikliyini itirir. Müğənni, sinəsini əməlliyat vasitəsilə dik saxlamağa çalışır. Amma bu, işə yaramır, bir müddət keçəndən sonra sinə yenidən əvvəlki vəziyyətinə qayıdır.



2000-ci ildə həyat yoldaşı Kid Rok ilə birlikdə Meksikada döymə vurduran Pamela Anderson sağalmaz xəstəliyə düçar olub. Səhlənkar həkim həm Kid Rokun, həm də Pamelanın bədənində eyni iynədən istifadə edib. Nəticədə gözəlçə “Hepatit C” xəstəliyinə tutulub. Qaraciyərinin 4 sm böyüməsi neçə ildi, ulduzun həyatını risk altında saxlayır. Pamela sağalıb, 2 oğuldan sonra qız övladı dünyaya gətirmək arzusunda olsa da, bu sadəcə xəyaldır. Hepatit C sağalmaz xəstəlikdir və xəstənin ömrünü qısaldır.



“Titanik” filminin əsas qəhrəmanlarından biri - Keyt Uinslet köklükdən şikayətçidir. Aktrisa müxtəlif pəhrizlərə, vasitələrə əl atsa da, bu qüsur onu daim narahat edir. Gözəlçənin dərisinin ağ olması onun köklüyünü daha çox büruzə verir.