Həyat yoldaşı Samir Piriyev haqqında: “Zövqümcə deyildi”

Həyat yoldaşı Samir Piriyev haqqında: “Zövqümcə deyildi”
8826 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Piriyev və həyat yoldaşı Anara ATV telekanalında yayımlanan “Öz aramızda” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ikinci dəfə ailə quran sənətçi həyat yoldaşından danışıb:

“Anara ilə əvvəllər dost olmuşuq. Bizim ailə qurmağımızın başlıca səbəbi dostluğumuz olub. Anara mənə ərə gəlməklə böyük risk edib. Çox sağ olsun ki, bu günə kimi yanımdadır və məni xoşbəxt edir”.

Anara isə S.Piriyevin bir vaxtlar onun zövqünə uyğun olmadığını deyib:

“Samir Piriyevə ərə getməklə risk etdim. Çünki o mənim zövqümcə bir oğlan olmayıb. Amma indi onu sevirəm. Nə yaxşı ki, Samirlə ailə qurmuşam”.