Aktrisaya 15 milyonluq toy hədiyyəsi

Aktrisaya 15 milyonluq toy hədiyyəsi
1544 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur Hollivud aktyoru Coni Deppin Ember Herdlə nikah masasına oturacağı ilə bağlı xəbər vermişdik.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, toydan sonra həyat yoldaşına 15 milyon dollarlıq hədiyyə edəcək.
Belə ki, Coni Depp Ember üçün böyük bir ada almağı planlaşdırır. Bu haqda məlumat verən mənbə Coninin bu addımını əsaslandırıb:
 
“Coni istəyir ki, Emberin öz studiyası olsun. Çünki o rəsmlə maraqlanır və düşünür ki, okeana açılan gözəl mənzərə hər zaman ilham məmbəyidir”.

50 yaşlı Deppin özündən qat-qat gənc xanımla ailə qurması və gecə həyatına “əlvida” deməsi hər kəsi təəccübləndirir. Hətta bu yaxınlarda Ancelina Coli öz həmkarının orta yaş böhranı yaşadığını iddia etmişdi.