"Hər şeydən az-az yeyirəm"

"Hər şeydən az-az yeyirəm"
2065 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktrisa Keyt Hadson “Self” jurnalının may nömrəsinin qəhrəmanı olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı ulduz ciddi rejim saxladığını söyləyib:

“İdmanla məşğul oluram. Hətta ən çətin anlarda belə bunu istisna etmirəm. Yaxşı qidalanıram. Özümü ən zərərli yeməkdən belə məhrum etmirəm. Qızartmalar, “fast food” yeməkləri də sevimlilərim siyahısındadır. Amma hər şeydən az-az yeyirəm və həftədə 3 dəfədən artıq belə qidalardan yararlanmıram. Stolun üstünə qoyulan hər qidaya baxanda onun nə qədər kalorili olduğunu düşünürəm. Əgər həmin gün özümə nə qədər icazə verəcəyəmsə, onları hesablayaraq uyğun gələnləri yeyirəm”.