Seyid Şuşinskinin qızı atasının yubileyinə hazırlaşır

Seyid Şuşinskinin qızı atasının yubileyinə hazırlaşır
1544 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Beynəlxalq muğam mərkəzində dahi muğam ustad, böyük pedaqoq Seyid Şuşinskinin anadan olmasının 125 illik münasibəti ilə tədbir keçiriləcək. 

Axşam.az xəbər verir ki, bu barədə Lent.az-a Seyid Şuşinskinin qızı Bəyimxanım Verdiyeva məlumat verib.

O, bildirib ki, atasının yubileyini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Xan Şuşunski Fondu təşkil edir. Aparıcılığını İlham Kərimli edəcəyi tədbirdə respublikanın tanınmış sənətkarları, gənc istedadları çıxış edəcək. Tədbir saat 19:00-da başlayacaq.