"Mənim Kim Kardaşyanla nə işim var?" -açıqlama

"Mənim Kim Kardaşyanla nə işim var?" -açıqlama
2941 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayev əslən erməni olan məşhur aktrisa, fotomodel Kim Kardaşyanla bağlı yayılan şayiələrə son qoyub.

Axşam.az-ın məlumatına görə,  “Faiq Ağayev Kim Kardaşyanla görüşür” xəbərinə müğənni qonaq olduğu “Bizim gün” verilişində açıqlama verib:

“Bu xəbəri adını jurnalist qoyan bəzi insanlar çıxarıb. Guya bomba oğlanlardılar da... Gətirib Amerikada yaşayan bir ermənini mənə qoşublar. Mənim onunla nə işim var? Yalan söhbətdir. İşim-gücüm yoxdur, Kardaşyanla görüşəcəm! Əgər o erməni Bakıya gəlsə, bu şayiəni yayanlar məndən qabaq qaçacaqlar hava limanına”.