Məşhur aktrisa fotoqraf rəfiqəsi ilə ailə qurdu - fotolar

Məşhur aktrisa fotoqraf rəfiqəsi ilə ailə qurdu - fotolar
2993 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivudun məşhur aktrisalarından biri - Codi Foster ailə qurub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 51 yaşlı C.Foster keçən həftəsonu fotoqraf sevgilisi, 44 yaşlı Aleksandra Hedisonla nigah masasına oturub. Bu barədə KİV-ə oskarlı aktrisanın mətbuat katibi Cenifer Allen məlumat verib.

Fosterlə Hedisonun münasibətləri keçən ilin oktyabr ayında üzə çıxıb. Cütlük restoranda nahar edərkən paparassilərin kameralarına tuş gəlib.

Xatırladaq ki, Codi Foster bundan əvvəl 14 il Sidney Bernhardla sevgili olub. Onların iki uşağı da var.
Aktrisa homoseksual olduğunu keçən il "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimində elan etmişdi.

Fotoqraf Aleksandra Hedison isə Codi Fosterdən əvvəl məşhur teleaparıcı Ellen Decenereslə birlikdə olub.