Keti Perri ölümdən qayıtdı - fotolar

Keti Perri ölümdən qayıtdı - fotolar
1665 dəfə oxunub
  • A-
  • A
  • A+

İngilis müğənnisi Keti Perri sənətə yeni qədəm basan gənclərdən birinin klip çəkilişlərində ölümlə üz-üzə gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni bu barədə qonaq olduğu talk-şouda danışıb. Məlum olub ki, insanların standart kliplərdən yorulduğunu deyən Keti, klipi fərqli tərzdə çəkməyi təklif edib. Sonra da təklifini reallaşdırmaqdan ötrü təlxək kostyumu geyinərək beş yaşlı fanatının ad gününə gedib. Şənlikdə gözübağlı halda konfet qutusu axtararkən bağçadan çıxıb, yola doğru irəliləyib. Elə həmin vaxt yoldan keçən maşının sürücüsü, qəflətən qarşısına çıxan təlxəyi vurmamaq üçün əyləcə basıb və maşın zərblə yol kənarındakı avtomobilə dəyib. Sürücünün çevikliyi sayəsində ölümdən xilas olmuş Keti Perri bir müddət şokdan çıxa bilməyib.