Röya: "Sən, Azərbaycanın Allasısan" - video

Röya: "Sən, Azərbaycanın Allasısan" -  video
8731 dəfə oxunub
  • A-
  • A
  • A+

Şou aləminin məşhur simaları ölkənin ən reytinqli maqazin verilişi "Onlar"da yenə maraqlı açıqlamalar verib.

27 aprel saat 18:45-də ATV telekanalında yayımlanacaq verilişin növbəti buraxılışında rəqqasə Oksana Rəsulova və reper Elşad Xosenin yenidən bir araya gəlmə səbəbini biləcəksiniz.

Xalq artisti Aygün Kazımova 7 il birlikdə olduğu sevgilisindən danışdı.

Bundan başqa  hansı xalq artistinin evində "Vağzalı" çalınacağından “Onlar”da xəbər tutacaqsınız. 

Müğənni Xatirə İslam ona brilyant üzük bağışlayanın kimliyini açıqlayacaq.

Xalq artisti Amaliya Pənahovanın, meyxanaçı Namiq Qaraçuxurlunun yeni xəbərlərini verilişin bu həftəki buraxılışında öyrənəcəksiniz.

Qeyd edək ki, informasiya dəstəyini Axşam.az saytının etdiyi "Onlar"ın yaradıcı heyəti rejissor və aparıcı Afaq Gəncəli, montajor Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova və prodüser Tural Nəbiyevdən ibarətdir.