Əlixan Səmədov: “Məni qınayırlar ki, niyə...”

Əlixan Səmədov: “Məni qınayırlar ki, niyə...”
1155 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Əlixan Səmədov Türkiyədə yaşadığına və orada fəaliyyət göstərdiyinə görə qınanıb.

Axşam.az-ın məlumatına görə, bu haqda “Öz aramızda” verilişinə qonaq olan balaban ifaçısı özü deyib:

“Neçə gündür, Azərbaycandayam. Bölgələri gəzdim. Hamı burda yaşamadığıma görə məni qınayır. Öz ölkəmdə fəaliyyət imkanım olsa, qalıb tələbələr yetişdirərəm. Türkiyədə mənə belə bir imkan yaradıblar, ona görə də orada yaşayıram”.

Yenicə ailə quran əməkdar artist həyat yoldaşı Ellada xanımın gəncəli olduğunu deyib.

Yaradıcılığındakı yeniliklərdən də bəhs edən Ə.Səmədov 2015-ci ildə xalq artisti Brilliant Dadaşova ilə birlikdə konsert verəcəyini və tədbirdə onları Türkiyənin ən böyük simfonik orkestrinin müşayiət edəcəyini bildirib.