Mətbuat şərhi “Save the Children” və Procter &Gamble (R)

Mətbuat şərhi  “Save the Children” və Procter &Gamble  (R)
1077 dəfə oxunub
  • A-
  • A
  • A+

Pampers brendinin ekspertləri  gənc analar üçün seminar keçirib. Artıq bir ildir ki, Pampers uşaqların inkişafı sahəsində çalışan mütəxəssislərlə əməkdaşlıq edir. Qruppaya Azərbaycanın pediatriya sahəsində, laktasiya (əmizdirmə),  erkən uşaqlıq dövründə inkişaf, uşaq psixonevrologiyası, uşaq dermatologiyası və mamalıq sahəsində  beynəlxalq təcrübəyə malik Azərbaycanın aparıcı ekspertləri daxildir. Layihənin məqsədi  analara sağlam və xoşbəxt uşaqların inkişafı üçün kömək  etməkdir.

Bu yaxınlarda “Save the children” beynəlxalq təşkilat ilə birgə  beynəlxalq qaçqın ailələrdən olan analar üçün seminar təşkil edildi. Seminar “Uşaqlara sevgi və davranışlarının tərbiyəsi”, “ Uşaqlarda nitqin inkişafı üçün oyunlar”, “ Ana südü ilə qidalandırma və qidalanmağa başlamaq”, “Gənc qadınlar üçün zəruri olan mamalıq və ginekologiya sahəsində aktual suallar”, “Nitqin inkişafı və uşaqlarda autizmin vaxtında tanınması” və s. kimi mövzulara həsr edilib.

Təşkilatçılar xüsusi minnətdarlığı seminarları hazırlayan və keçirən ekspertlərə: Janna Baxışeva, Səltənət Zülfüqarova, Lalə Şərifzadəyə və Kamran Salayevə bildirir. “Save the children”un Azərbaycandakı təmsilçisi Svetlana Nağıyeva deyir: “Biz əminik ki, bu seminarlar qaçqın ailələrdən olan analara övladlarının qayğısına qalmağa və sağlam inkişafına kömək edəcək. Bu, Procter & Gamble şirkəti ilə birgə Azərbaycanda qadınlar və uşaqlar üçün təşkil edilən birinci seminar deyil və biz gələcək əməkdaşlığımıza ümid edirik.”

Save the children-120-dən çox ölkədə uşaqların hüququnun qorunması və həyatının yaxşılaşdırılması yönümündə işləyən dünyanın aparıcı müstəqil təşkilatıdır. Azərbaycanda Save the Children 1993-cü ildən etibarən  təhsil, uşaqların müdafiəsi, sağlamlıq və qidalanma, iqtisadi imkanlar və maliyyə yardımından ibarət aktiv layihələr həyata keçirir. 2009-cu ildən etibarən Save the Children  Qaçqınlar üzrə Birləşmiş Millətlər Ali Komissarlığı tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəstəklənən “Qaçqın və sığınacaq axtaranların qayğı və qorunması üçün proqram” keçirir. Proqramın məqsədi daha çox müdafiəsiz olan qaçqın və sığınacaq axtaranların sağlamlığını və rifahını dəstəkləməkdir.

Procter & Gamble (P&G) haqqında

P&G öz brendləri ilə dünyada təqribən 4.8 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Duracell®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Ace®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com  saytına baş çəkin.