Emin “World Music Awards”da mükafat aldı - fotolar

Emin “World Music Awards”da mükafat aldı - fotolar
3667 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən məşhur “World Music Awards”ın mükafatlandırma mərasimi keçirilib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Monakoda baş tutan gecədə dünyanın məşhur ulduzları iştirak edib. Mərasimə qatılan Meray Keri, Beyons, Mayli Sayrus, Pamela Anderson və başqaları cazibədar libasları ilə diqqət çəkib. Bu il 56-cı dəfə keçirilən mərasimdə ulduzlar şouları ilə tamaşaçıları əyləndiriblər. Gecədə Rikki Martin, Ceyson Derulo sevilən mahnılarını səsləndirib. 

Mərasimdə həmyerlimiz, müğənni-bəstəkar Emin Ağalarov da mükafata layiq görülüb.

Qeyd edək ki, nominantlar sırasında müğənni Röya Ayxan olsa da, sənətçi heç bir mükafata sahib çıxmayıb. O, ümumiyyətlə mərasimə qatılmayıb.